26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Arda Turandan Azərbaycana dəstək: "Bir millət, iki dövlət"

Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Arda Turan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstəyini nümayiş etdirib.

Futbolxeber.az saytının məlumatına görə, bir neçə il əvvəl Bakıda bayrağımızın altında çəkilmiş fotosunu paylaşan 33 yaşlı yarımmüdafiəçi üzərində bu sözləri yazıb: "Bir millət, iki dövlət".

Qeyd edək ki, Arda "Atletiko"da çıxış edərkən Madrid təmsilçisi ilə “Bakı” klubu arasındakı əməkdaşlıq çərçivəsində bir neçə dəfə ölkəmizdə olub. Ulduz futbolçunun “Atletiko”ya sponsorluq edən “Bakı” klubunun prezidenti Hafiz Məmmədovla bu gün də əla münasibətləri var. Təsadüfi deyil ki, Avroliqanın II təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Qalatasaray" oyunundan öncə Arda Turan Bakıda “Land of fire Azerbaijan” brendinin müəllifi olan Hafiz Məmmədovla görüşmüşdü.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30