29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“AVRO-2020-nin Bakıdan alınması ilə bağlı hər hansı rəsmi məlumat yoxdur”

“AVRO-2020-nin oyunlarının Bakıdan alınması ilə bağlı hər hansı bir rəsmi məlumat yoxdur”.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə apasport.az-a AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla açıqlama verib.

Böyük Britaniyanı “Sun” nəşrinin koronavirus pandemiyası, həmçinin, Dağlıq Qarabağda baş verən hadisələrə görə Avropa çempionatının Bakıdan alınma ehtimalına münasibət bildirən qurum rəsmisi hazırda bunun gündəmdə olmadığını söyləyib:

“Bu günlərdə UEFA prezidenti Aleksander Çeferin açıqlamasında qeyd etmişdi ki, AVRO-2020-nin keçiriləcəyi şəhərlərin siyahısı ilə əlaqədar hansısa dəyişiklik yoxdur. Bildirmişdi ki, koronavirus pandemiyasının və son vaxtlar Azərbaycanda Dağlıq Qarabağ məsələsi ilə bağlı baş verən prosesləri yaxından izləyirik. Hər hansı bir oyunun Bakıdan və ya başqa bir şəhərdən alınacağına dair rəsmi məlumat yoxdur”.

Qeyd edək ki, 12 ölkədə keçirilməli olan AVRO-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb. Yarışın 1 ölkənin 4 stadionunda keçirilməsi variantı da var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31