19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Zirə" - “Sumqayıt”: yubiley oyununa doğru

Azərbaycan Premyer Liqasının 4-cü turunda “Zirə” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Futbolxeber.az saytının paytaxt klubunun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, oktyabrın 18-də keçiriləcək oyun iki rəqib arasında 20-ci qarşılaşma olacaq.

İndiyədək “Zirə” Premyer Liqada 19 dəfə “Sumqayıt”la üz-üzə gəlib. Böyük üstünlüyə malik olan komanda 10 qələbə qazanıb və 4 heç-heçə edib. 5 dəfə uduzan “qartallar” top fərqində də öndədir. Rəqib qapısına 26 qol vuran komanda 17 top buraxıb. Səfərdə keçirilən 10 görüşdə 4 dəfə qalib olan “Zirə” rəqib meydanında eyni sayda məğlubiyyət alıb. 2 dəfə sülhlə ayrılan rəqiblərin matçlarında 10 qol vuran “qartallar” 9 top buraxıb.

Qeyd edək ki, oktyabrın 18-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” - “Zirə” matçı saat 16:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30