29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Romero Qarabağ münaqişəsindən danışdı: “Həyatımıza davam edirik”

"Qarabağ"ın futbolçusu Xayme Romero İspaniyanın "El-Mundo" nəşrinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, ispan futbolçu əvvəlcə qardaşı Daniel Romero ilə birgə Ağdam təmsilçisində oynaması haqda danışıb:

"Xarici ölkəyə gələndə bilirsən ki, bir az tənha qalacaqsan. Buna görə də qardaşımın olması daha yaxşıdır".

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə toxunan 30 yaşlı yarımmüdafiəçi ölkədə həyatın normal qaydada davam etdiyini bildirib:

"Təhlükə hissi yoxdur və biz əvvəlki kimi həyatımıza davam edirik. Qarşıdurma digər bölgədədir. Halbuki burada həmin hadisələri yaşayan çox sayda insan var".

Romero bildirib ki, klub rəhbərliyi oyunçuların bütün fikrini futbola qarşıdakı matçlara yönəltməsini istəyib:

"Biz problemin yarandığı bölgənin adını daşıyırıq. Buna görə də ölkənin qəbul etdiyi qərarların bir hissəsiyik. İnsanlar burada bizimlədir".

İspan futbolçu koronavirusun yaratdığı problemlər haqda isə bunları deyib:

"Avropaya səfər zamanı münaqişədən daha çox, pandemiya ilə bağlı problemlər nəzərə çarpır. Həftənin ilk 2 günü testdən keçib səfərə yollanırıq. Sonra isə geri qayıdanda daha bir dəfə test veririk. Vəziyyət bir az qarışıqdır. Martdan bəri nadir hallarda karantində olurduq. Amma restoranlar işləmirdi. Sonra səhər açılıb axşam 19:00-da bağlanmağa başladı. Qaydalar tədricən yumşaldıldı. Ümid edirəm ki, müharibə və virus bitəndə normal həyat sürə biləcəyik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31