28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin futbolçusu koronavirusdan sağaldı

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin yarımmüdafiəçisi Fərid Nəbiyev dünən növbəti dəfə koronavirus testindən keçib.

Bu barədə Çexiyanın “Viktoriya Jijkov” klubunda çıxış edən oyunçunun özü məlumat verib.

21 yaşlı futbolçu analizin nəticəsinin mənfi çıxdığını söyləyib: "Sevindiricidir ki, hər şey yaxşıdır. Nəticələr az öncə bilindi. Test mənfi çıxdı. Bu gün karantin müddəti başa çatacaq və sabahdan komanda ilə birlikdə məşqlərə başlayacağam".

Qeyd edək ki, oktyabrın əvvəlində koronavirusa yoluxmuş Fərid Nəbiyev bu səbəbdəb U-21-in Avropa çempionatının seçmə mərhələsində Slovakiya (1:2) və Gürcüstanla (0:1) keçirdiyi oyunları buraxmalı olub ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31