25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

UEFA prezidenti Dağlıq Qarabağ münaqişəsindən danışdı

UEFA prezidenti Aleksander Çeferin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, sloveniyalı funksioner hələlik situasiyanı diqqətlə izlədiyini bildirib:

"Açığı, detalları bilmirik, çünki siyasi təşkilat yox, idman qurumuyuq. Siyasi mübarizəyə bağlanmaq istəmirik. Bir neçə həftə əvvəl başladığından, bu da bizim üçün yenilikdir. Bu, kədərli məsələdir və ümidvaram ki, məsələ sülh yolu ilə həll ediləcək".

Çeferin münaqişənin AVRO-2020-nin təşkilinə hansısa təsir göstərə biləcəyi ilə bağlı sualı belə cavablandırıb: "Nəzəri cəhətdən Avropa çempionatını 12 yox, 11 ölkədə, hətta 1 ölkədə keçirmək mümkündür. İstədiyimizi edə bilərik. Problem ondadır ki, artıq yarış üzərində işləmişik, hər şey hazırdır. İndi nəyisə dəyişsəydik, bu, ciddi səylər tələb edəcəkdi. Hələlik hadisələrin inkişafını izləməliyik".

Qeyd edək ki, Avropa çempionatının oyunları gələn il 11 iyun-11 iyulda Avropanın 12 şəhərində, o cümlədən, Bakıda keçirilməlidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30