25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

QARAnlıq milli

Milli komandamız dünən Millətlər Liqasında dördüncü oyununu keçirdi. Erməni terroruna görə doğma meydandan uzaq düşən yığmamız Albaniyada qəbul etdiyi Kiprə səfər görüşündən fərqli olaraq, bu dəfə qalib gələ bilmədi. 90 dəqiqə üstün görünməyimizə baxmayaraq, rəqib qapısına yol tapmaq mümkün olmadı.

Halbuki bunun üçün xeyli şansımız var idi. Təkcə elə Ramil Şeydayev əlinə düşən şansları dəyərləndirsəydi, Kipr üzərində ən azı 2 top fərqi ilə qələbəyə sevinərdik. Gəl ki, millimizin əsas qol ümidi gah topu rəqib qapıçının üstünə vurdu, gah da çərçivədən kənara.

Son zamanlar Şeydayevin oyununda eniş hiss olunur. “Sabah”da mərkəz hücumçusu mövqeyində çıxış etməməsi onun millidəki çıxışına da təsirsiz ötüşmür. Halbuki Şeydayevin necə hücumçu olduğu hər kəsə məlumdur. 17 yaşında Avropa çempionu, 2 il sonra isə vitse-çempionu olan forvardın Kipr kimi aşağı səviyyəli rəqiblə qarşılaşmada qol epizodlarını sağa-sola xərcləməsi heç də xoş deyil.

Bəli, Şeydayevin bu qədər qol epizodunu boşa verməsi fiaskodu. Amma dünən millinin heyətində ən böyük fiasko Qara Qarayev idi. Komandanı kapitan kimi meydana çıxaran yarımmüdafiəçi 90 dəqiqə ərzindəki ən real qol şansımızı boşa verdi. Penaltini qaçıran Qarayev komandamızı hesabda önə keçirməməklə yanaşı, həm də kollektivdə ruh düşkünlüyü yaratdı. Qalan dəqiqələrdə futbolçularımızın tələskənliyi və gərginliyi ekran qarşısından da hiss olunurdu. Piarı yaxşı aparıla bilər, əla insan olması da mümkündür, amma Qara bu gün nə millinin kapitanı olacaq futbolçudur, nə də penalti yerinə yetirəcək. Görəsən, Qarayev oyundan sonra hakimlə nəyin mübahisəsini edirdi? 5 ötürməsindən 4-ü geri olan futbolçu hansı əsasla kapitan təyin edilir, nəyə görə penalti vurmaq hüququ bu şansı qazanan, zərbəni haqq edən Ramil Şeydayevə deyil, Qarayevə verilir? Əsgər salamı vermək üçün? Həqiqətən də səbəb budursa, deyiləcək söz yoxdu, ayıbdı. Kimsə əsgər salamı verib, 1 günlük qəhrəman elan olunacaq deyə ölkənin milli komandası qələbədən məhrum olmalıdı? Heç bir halda kiminsə istəyi, arzusu, qazancı milli komandanın, ölkənin adından üstün ola bilməz!

Dünən millidə diqqətimizi çəkən başqa məqam artıq tarixin yaddaşına qovuşan, bir neçə ildi fəaliyyətini dayandıran “Bakı” klubu ilə bağlı idi. De Byazinin açıqladığı “23-lük”də “Bakı”nın 5 yetirməsi var idi və bu, dünənki heyətdə ölkə klubları arasında ən yaxşı göstərici idi. Vüqar Mustafayev və İsmayıl İbrahimli start heyətində yer almışdı, Namiq Ələsgərov və Rəhman Hacıyev sonradan meydana daxil oldu. Şəhriyar Əliyev isə görüşü sona kimi ehtiyatdan izlədi. Yəqin ki, dünyada ikinci belə nümunə tapmaq qeyri-mümkündü. Hansısa klub illər öncə fəaliyyətini dayandırsın, amma yenə də millidə ən çox futbolçu ilə təmsil olunsun. Bu, illərdi “Azərbaycan futbolu üçün çalışırıq”, “Məqsədimiz ölkə futboluna yeni adlar qazandırmaqdı” mifini formalaşdıran bəzi klublara və məşqçilərə gözdağı idi...

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30