19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Monteneqro Futbol İttifaqından Azərbaycanın notasına cavab

“DRAQOYEVİÇ YIĞMA ÜZVÜ DEYİL, ONUN PAYLAŞIMI MONTENEQRO MİLLİSİNİN VƏ YA FUTBOL ASSOSİASİYASININ MÖVQEYİNİ ƏKS ETDİRMİR”

Monteneqro Futbol İttifaqı (FSCG) qapıçı Andriya Draqoyeviçin sosial şəbəkələrdəki Azərbaycan əlehinə təxribatçı paylaşımı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin səfirlik vasitəsi ilə ünvanlandığı notaya cavab verib.

Futbolxeber.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada qeyd olunub ki, Draqoyeviç hazırda Ermənistanın "Alaşkert" klubunun qapıçısı olsa da, yığma üzvü deyil.

Onun sosial şəbəkədəki paylaşımı da Monteneqro millisinin və ya futbol assosiasiyasının Dağlıq Qarabağla bağlı mövqeyini əks etdirmir.

"FSCG siyahı təşkilat deyil, öz fəaliyyəti ilə bizi hansısa məsələdə ayıran yox, ümumi dəyərləri irəli aparmağa çalışır. Bu anlamda qurumumuz ümid edir ki, Dağlıq Qarabağ münaqişəsinə mümkün qədər tez son qoyulacaq və regionda yenidən sülh bərqarar olacaq", - deyə açıqlamada qeyd olunub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30