29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

UEFA-ya müraciət ünvanlanacaq

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş Monteneqro – Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkədə təxribatçı paylaşımı ilə bağlı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, E.Məmmədov bildirib ki, bununla bağlı AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanacaq:

"UEFA Millətlər Liqasının qrup mərhələsində oktyabrın 10-da Podqoritsa şəhərində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra monteneqrolu futbolçu Andriya Draqoyeviçin sosial şəbəkə hesabında təxribat xarakterli paylaşım etməsi barədə məlumatımız var. Bu, üçüncü tərəf olan Milli Assosiasiyanın nümayəndəsinin hər hansı şəkildə aidiyyəti olmadığı məsələyə müdaxiləsi kimi qeyri-etik olmaqla yanaşı, eyni zamanda, separatçı rejimin təbliğatına cəhd olduğu üçün yolverilməzdir və AFFA bunu sərt şəkildə qınayır.

Biz araşdırdıq, həmin futbolçu Azərbaycan millisi ilə oyunda Monteneqro komandasının heyətində olmasa da, bu, bizim məsələyə münasibətimizi dəyişmir. Doğrudur, həmin oyunda Monteneqro millisinin ehtiyat oyunçular siyahısında Draqoyeviç soyadlı futbolçu olub, lakin bu digər oyunçudur - Miloş Draqoyeviç.

Oktyabrın 12-də məsələ ilə əlaqədar AFFA rəsmi qaydada UEFA-ya müraciət ünvanlayacaq. Artıq UEFA-ya şifahi məlumat verilib".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31