19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

De Byazi: “Rəqib yaratdığı imkandan maksimum istifadə etdi”

“Fərqli oyun göstərərək qalib gəlmək istəyirdik. İlk dəqiqələrdən künc zərbəsindən qapımızdan qol buraxdıq.”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni De Byazi Millətlər Liqasının 3-cü turunda səfərdə Monteneqroya 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, rəqibin fərqlənmək üçün elə də çox şansı olmayıb: “Monteneqro millisinin qol vurmaq üçün az şansı oldu və yaratdıqları imkandan maksimum istifadə etdi. İlk hissədə daha aşağı tempdə oynadıq. Ayıq başla buraxdığımız səhvləri analiz edəcəyik".

De Byazi zədələnən komandanın kapitanı Maksim Medvedev haqda da danışıb: "Maksimin zədəsinin nə dərəcədə ciddi olub-olmadığı bilinmir. Komandamızın kapitanı və vacib oyunçularındandır. Meydanda olduğu müddətdə yaxşı oyun nümayiş etdirdi”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30