25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

AFFA-nın sabiq baş katibi: "Monteneqro ilə oyun çox çətin olacaq"

"Millətlər Liqasında yalnız bir komanda qrupdan növbəti mərhələyə yüksələcək. Bu turnir dünya çempionatının seçmə mərhələsinə hazırlaşmaq üçün yaxşı vasitədir. Monteneqroya qarşı və digər oyunlardakı nəticələr önəmli olmamalıdır. Komandanın rüşeymini yaratmaq lazımdır".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov Azərbaycan yığmasının bu gün Monteneqro ilə səfərdə keçirəcəyi UEFA Millətlər Liqasının III tur matçı barədə danışarkən deyib.

O bildirib ki, yığmanın baş məşqçisi yenidir və ona vaxt vermək lazımdır: "Canni De Byazinin seçimi məhduddur. Bəlkə də heyətdəki futbolçuların hamısını yaxşı tanımır. Komandanı oyuna psixoloji cəhətdən hazırlamaq lazımdır. Bu isə oyun günü yox, bir və ya iki gün əvvəl olmalıdır. Düşünürəm ki, Monteneqro və Kiprlə matçlar çətin olacaq. Bu o demək deyil ki, futbolçular əllərini aşağı salıb dayanmalıdır. Son dəqiqəyə qədər mübarizə aparmalıdırlar. Udub-uduzmağın fərqi olmamalıdır, oyun göstərmək lazımdır. Futbolçuların çıxışları ümid verməlidir. Əlbəttə final mərhələsinə vəsiqədən söhbət gedə bilməz. Çünki bu, çətin olar. Amma qrupdan başıuca çıxmaq, gələcəyi düşünmək lazımdır".

İsmayılov Premyer Liqa klublarının heyətində legionerlərin üstünlük təşkil etdiyini və bunun da milliyə təsirsiz ötüşmədiyini vurğulayıb: "Premyer Liqamızda 8 komanda var. Onların da çoxunda legionerlər üstünlük təşkil edir. Yerli futbolçulara çox şans vermək lazımdır. Əsas U-19, U-21-ə diqqət ayırmaq lazımdır. Öz yerli məşqçilərimizə də güvənmək lazımdır. Yetərincə məşqçilərimiz də var. Onlar işləməli və öz futbolçularımız oynamalıdır. Uşaq da yıxıla-yıxıla öyrənər. Biz də yıxılaq və öyrənək. Ondan sonra inkişaf barədə ətraflı danışa bilərik".

Sabiq baş katib Azərbaycan millisinin 2003-cü ildə Serbiya və Monteneqro ilə matçlarını da xatırladıb: "Oyundan əvvəl bizim vəziyyətimiz çox ağır idi. Məşqçilərin çoxu işləmək istəmirdilər. Əsgər Abdullayev həm U-21, həm də əsas yığma ilə məşğul olurdu. Serbiya və Monteneqro yeganə komandadır ki, səfərdə heç-heçə oynadıq, evdə də məğlub etmişik. Yalnız onlara qarşı hər iki dueldə müsbət nəticə qazana bildik. Monteneqro ilə bugünkü oyun isə çox çətin olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30