29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ramil Şeydayev: "Müharibə futbola da təsir edir"

"Bakını təmsil edən "Sabah" klubunda çıxış edirəm və yeni komandamda hər şey qaydasındadır".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanm millisinin və "Sabah" klubunun futbolçusu Ramil Şeydayev Rusiya mətbuatına müsahibəsində deyib.

24 yaşlı hücumçunun sözlərinə görə, son vaxtlar cəbhə xəttində baş verənlər futboldan da təsirsiz ötüşməyib: "Əlbəttə, müharibə təsir edir. Hamı narahat olur və bu barədə düşünür".

Şeydayev bildirib ki, çoxları onun Azərbaycan yığmasında çıxış etmək qərarının əleyhinə olub. Lakin o, heç vaxt bundan təəssüflənmədiyini vurğulayıb: "Ola bilsin, hansısa kluba keçidim düzgün deyildi. Amma bu, yığmaya heç cür şamil edilə bilməz. Azərbaycan millisində həqiqətən də xoşbəxtəm".

2016-cı ilin yayında "Zenit"dən ayrıldıqdan sonra Avropada oynamaq arzusuna çatdığını deyən hücumçu Türkiyə "Trabzonspor"unda qiymətsiz təcrübə topladığını söyləyib: "Türkiyə və onun çempionatı xoşuma gəlirdi. Hər şey: oyunlar, azarkeşlər, meydanlar ən yüksək səviyyədə idi. Özümü yaxşı hiss edirdim, amma uyğunlaşma bir ayadək çəkdi".

Şeydayev sonradan çıxış etdiyi Slovakiya və Azərbaycan çempionatları barədə də danışıb: "İcarə əsasında çıxış etdiyim "Jilina"da hər şey yaxşı gedirdi. Deyə bilmərəm ki, bu, həyatımın ən yaxşı dövrü idi, amma pis formada deyildim, qollar vururdum. Amma Slovakiyada məişət şəraitinə uyğunlaşmaq çox çətin idi. Azərbaycanda isə mənə daha rahatdır".

Forvard "Zenit"in bütün oyunlarını izlədiyini, amma Azərbaycanda sosial şəbəkələr bloklandığı üçün ünsiyyətin çətinləşdiyini əlavə edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31