19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qutman Foqtsa qarşı çıxdı

"AZƏRBAYCANLI FUTBOLÇULAR BURA GƏLMƏZDƏN ÖNCƏ YAXŞI HAZIRLIQ KEÇİBLƏR"

Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizi qəbul edəcək İsrail yığmasının baş məşqçisi Eli Qutman oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın məlumatına görə, Qutman millimizin bu oyuna yaxşı hazırlaşdığını qeyd edib: “Biz Rusiya ilə oyun haqqında fikirləşmirik. Hazırda bizi yalnız Azərbaycan yığması ilə oyun düşündürür. Bütünlüklə nbu oyuna matça köklənmişik. Mətbuat konfransına gəlməzdən öncə bu komandanın oyunlarının vudeogörüntülərinə baxırdıq. Siz də baxsanız görərsiniz ki, onlar Maltaya vurduqları qolları necə fəxrlə bayram edirdilər. Bu qələbə onlar üçün bizimlə oyun öncəsi əla motivasiya olub. Azərbaycan yığması ilə oyun asan keçməyəcək. Çünki onlar Rusiya və Portuqaliya kimi komandalara çətin anlar yaşatmağı bacarıb. Azərbaycanlı futbolçular bura gəlməzdən öncə yaxşı hazırlıq keçiblər”.

Qeyd edək ki, dünən keçirdiyi mətbuat konfransıında millimizin baş məşqçisi Berti Foqts oyuna yaxşı hazırlaşa bilmədiklərini söyləmişdi. Göründüyü kimi, həmkarı verdiyi açıqlamada Foqtsun dediklərinə qarşı çıxıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30