18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Erməni terroru AFFA-nı UEFA ilə danışıqlar aparmağa məcbur etdi

UEFA Millətlər Liqası turnirinin qrup mərhələsində 2020-ci il oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilməli olan Azərbaycan - Kipr oyununun neytral meydanda keçirilməsi ilə bağlı AFFA ilə UEFA arasında danışıqlar davam edir.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA-dan UEFA-ya ünvanlanmış məktubda, dəfələrlə telefon danışıqlarında bildirilib ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və təşkilati işlərdə bu və ya digər şəkildə iştirak edən dövlət qurumları oyunun Bakıda təhlükəsizliyin tam təmin olunması zəmanəti ilə keçirilməsinə hazırdır. Lakin o da qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən ölkəmizə qarşı həyata keçirdiyi təxribatlar, xüsusilə son 48 saat ərzində Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlarımızdan məsafə baxımından xeyli uzaqda yerləşən Gəncə və Mingəçevir şəhərlərinin, Xızı və Abşeron rayonlarının artilleriya və raket qurğularından atəşə tutulması, Tərtər, Goranboy, Beyləqan, Bərdə və digər yaşayış məntəqələrimizdə mülki əhalinin hədəfə alınması, dinc sakinlər arasında ölən və yaralananların olması Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət olunmamasının bariz sübutudur və AFFA beynəlxalq oyunun keçirilməsi üçün daxili təhlükəsizliyə tam zəmanət versə də, xarici aqressiya və terror xarakterli davranışlar hər hansı şəkildə belə zəmanətin verilməsini çətinləşdirir.

AFFA tərəfindən təqdim olunmuş məlumatları nəzərə alaraq, UEFA oktyabrın 6-da Azərbaycan - Kipr oyununun keçiriləcəyi məkanla bağlı yekun qərarını açıqlayacaq.

Qeyd edək ki, AFFA-nın oyunun neytral meydanda keçirilməsi ilə bağlı istəyi qorxu və hansısa problemdən qaynaqlanmır. Ölkəmiz hər zaman olduğu kimi, bu dəfə də milli komandamızın oyununa yüksək səviyyədə ev sahibliyi edə bilər. Daxili təhlükəsizlikdən söhbət belə gedə bilməz. Məsələ odur ki, mənfur düşmən artıq Bakıya yaxın əraziləri - Xızını, Abşeronu da raket atəşinə tutur. Məhz erməni terrorçularının vəhşiliyi səbəbindən AFFA oyunun neytral meydanda keçirilməsinə çalışır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30