19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Namiq Ələsgərov üçün yubiley

Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov “Neftçi”nin heyətində 100-cü oyununu keçirib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. “Zirə” ilə səfər matçına qədər 99 oyunda 16 qol vuran yarımmüdafiəçi ağ-qara formada 100-cü dəfə meydana çıxıb.

"Ağ-qaralar"ın heyətində debütü 2017/2018 mövsümündə gerçəkləşən Ələsgərov ölkə çempionatında 84 qarşılaşmada şans qazanıb. 25 yaşlı oyunçu bu görüşlərdə 13 qol vurub. Ölkə kubokunda 9 oyunda 2 dəfə fərqlənən yarımmüdafiəçi Avropa Liqasında 7 matça çıxıb və 1 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Neftçi" "Zirə"yə 0:1 hesabı ilə uduzub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30