29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Hafiz Məmmədov "Lans"ın nəticələrini yaxından izləyir"

"Lans" klubunun prezidenti Jerve Martel Fransada səfərdə olan "Bakı"nın U-15 komandasının son məşqini izləyib. Futbolxeber.az-ın məlumatına görə, hazırlıq prosesindən sonra açıqlama verən Martel qeyd edib ki, "Bakı"nın  futbolçuları "Lans"ın formasını geyə bilər: "Hafiz Məmmədov ölkəsinin futbolu üçün gözəl təlim-məşq bazası yaradıb. O, hətta "Atletiko" (Madrid) və "Porto" klublarıyla da razılığa gəlib. Biz bir və ya iki gənc azərbaycanlı futbolçunun burada qalmasını təmin edəcəyik. "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç də gənc futbolçuların "Lans"da oynamasına böyük üstünlük verir. Təbii ki, bu belə də olmalıdır.  Düşünürəm ki, bu lahiyə iki ay sonra öz bəhrəsini verəcək. Sadəcə, hər şeyin qaydasına düşməsi üçün bir qədər vaxt lazımdır. "Lans"ın çempionata yaxşı başlaması da məni sevindirir. Hafiz Məmmədovun gəlişi komandaya dinamiklik və ruh yüksəkliyi verib. Bu da bizim sakit işləməyimizə şərait yaradıb. Hafiz Məmmədov komandanın nəticələrini yaxından izləyir".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31