23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Millət vəkili: “İsraildə yaşayan qubalılar Azərbaycan yığmasına azarkeşlik edəcək”

“Mənim üçün həm Azərbaycan, həm də İsrail millisi əzizdir. Hər iki komandadan çox gözəl oyun gözləyirəm. Arzu edirəm ki, görüş dostluq şəraitində keçsin və qonşularımız baxıb paxıllıq etsinlər”. Bu fikirləri Lent.az-a açıqlamasında millət vəkili, Azərbaycan – İsrail parlamentlərarası münasibətlər üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib.
 
Əslən dağ yəhudisi olan Abramov sentyabrın 7-də Ramat-Qan şəhərində iki ölkə yığmaları arasında keçiriləcək 2014-cü il dünya çempionatının seçmə qrup matçını stadiondan izləyə bilməyəcəyini söyləyib. Millət vəkili səbəb kimi hazırda Qubada seçiciləri ilə görüşlər keçirməsini göstərib. Amma o, hazırda İsraildə yaşayan qubalı yəhudilərin millimizə azarkeşlik edəcəklərini vurğulayıb: “Hamımız istərdik ki, Azərbaycan millisi qələbə qazansın. Amma futbolda qələbəni qazanan azarkeşlər yox, komanda olur”. 
 
Qeyd edək ki, sabah keçiriləcək İsrail - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30