20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədov: “Bu, bir daha dünyaya sübut edir ki, ermənilər dinc sakinlərimizə hücum edirlər”

“Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri - 13 yaşlı Şəhriyar Qurbanovdur. Əməkdaşlarımızın AFFA-nın bazasında apardıqları axtarışdan sonra əmin olduq ki, 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov müxtəlif yaş qrupları üzrə UGİM (Naftalan) klubunda çıxış edib. Təəssüf ki, biz həyatı yenicə başlayan 13 yaşlı yeniyetmə bir oğlanı itirdik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov 1news.az-a açıqlamasında deyib.

E.Məmmədov qeyd edib ki, 13 yaşlı yeniyetmənin həyatını itirməsi hər bir azərbaycanlı kədənləndirir: “Azərbaycan futbol ailəsinin bir üzvünün həyatını faciəli şəkildə itirməsi haqda dərhal FİFA və UEFA-nı məlumatlandırdıq. Bu faciə hər birimizə çox pis təsir etdi. Bu, bir daha dünyaya dübut edir ki, ermənilər Azərbaycan ərazisində dinc sakinlərə hücum edirlər”.

İcraçı vitse-prezident vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı işğaldan azad olunmuş torpaqlarımıza bayrağımızın sancılacağı günü gözləyir: “Ermənistan Futbol Fedrasiyasının açıqlaması  absurddur. O ki qaldı onların Azəərbaycan futbol funksionerlərinin açıqlamalarından gileylənməklərinə, hər bir ölkə vətəndaşı Azərbaycan bayrağının işğal olunmuş 7 rayonumuz və Dağlıq Qarabağa sanğılacağı günü səbirsizliklə gözləyir”.

Elxan Məmmədov bildirib ki, hazırda düşmən ölkənin futbol federasiyasını başqa bir məsələ də narahat edir: “2 həftə əvvəl biz UEFA-ya “Lernian Artsax” klubu ilə bağlı məktub ünvanlamışıq. Bizdə olan məlumata görə, bu klub Xankəndidə qeydiyyatdan keçib. Deməli, həmin komanda yalnız Azərbaycan empionatında çıxış edə bilər. Lakin “Lerian Artsax” əvvəlcə tanınmamış Dağlıq Qarabağ Resublikaının birinciliyində, daha sonra isə Ermənistan çempionatında mübarizəyə qoşulub. Hüquqi cəhətdən həmin komanda bu yarışda iştirak edə bilməz. Biz UEFA-dan bu klub haqda araşdırma aparmağı xahiş etmişik”.

Assosiasiyanın icraçı direktoru Avroliqanın pley-off mərhələsi çərçivəsində keçiriləcək “Legiya” - “Qarabağ” oyununu diqqətdə saxladıqlarını söyləyib: “AFFA UEFA-ya müraciət edərək “Legiya” - “Qarabağ” oyunu ilə bağlı əlavə təhlükəsizlik tədbirlərinin görülməsini istədi. Qitə futbol qurumu operativ şəkildə müraciətimizi dəyərləndirdi və həmin qarşılaşmaya təhlükəsizlik üzrə xüsusi nümayəndəsini təyin etdi. Təbin ki, qitə futbol qurumu da bu addımı ilə Ermənistan vətəndaşlarının hər hansı bir təxribatının qarısını almağa çalışır. Təbii ki, biz ötən il Lüksemburqda keçirilən “Düdelanj” - “Qarabağ” oyununda yaşananları unutmamışıq. Həmin vaxt ermənilər dron qaldıraraq onu komandamıza tərəf yönləndirmişdilər. Xoşbəxtlikdə heç kim xəsarət almamışdı. Həmin vaxt oyun dayandırılsa da, 20 dəqiqədən sonra davam etmişdi. Biz həmçinin, təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması üçün Polşa Futbol Federasiyasına da müraciət etmişik”.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30