16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qurbanov: “Legiya"dan çəkinmirik”

"Belə bir vaxtda komandanı idarə etmək asan deyil. Hamımızın fikri ön cəbhəyə yönəlib".

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsinin Polşa "Legiya"sı ilə səfər oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, məşqçilər heyəti futbolçuları oyuna düzgün hazırlamağa, onlara doğru informasiya verməyə çalışır: "Bilirik ki, vacib oyuna çıxacağıq. Mərhələ bir matçdan ibarətdir. Üstəlik, səfərdə oynayacağıq. Rəqib ardıcıl 4-cü matçını evdə keçirəcək. İtkilərimiz çox olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq. Səfərə məğlub olmağa getmirik. Oyuna yaxşı hazırlaşmışıq. Rəqibdən çəkinmirik, uduzsaq belə, onların üzərinə gedəcəyik. İnanıram ki, futbolçular vəziyyəti yaxşı dərk edirlər. Hamımız istəkli və arzuluyuq".

UEFA-nın hər hansı təxribatın qarşısının əvvəlcədən alınması üçün "Legiya" ilə oyuna xüsusi nümayəndə təyin etməsinə toxunan Qurbanov heç kimdən çəkinmədiklərini söyləyib: "Onları yaxşı tanıyırıq. Ona görə də bizim üçün elə də önəmli deyil. UEFA öz üstünə düşən vəzifəni yerinə yetirəcək. Biz isə öz oyunumuza hazırlaşacağıq və meydanda çəkinmədən mübarizə aparacağıq. İnanmıram ki, ermənilər biz olan tərəfə yaxın gəlsinlər. Həmişəki kimi, məndə belə hisslər var. Kimsə gəlsə belə, kənardan nə isə edib qaçacaq".

Baş məşqçi haitili yarımmüdafiəçi Donald Geryedən başqa bütün futboçuların Polşaya aparıldığını deyib: "Xayme Romero iki gündür məşqlərə başlayıb. Abdullah Zubir isə hazırlığa 1 gün öncə start vermişdi, komanda ilə daha çox məşq edib. Mahir Emrelinin durumu onlardan bir qədər pisdir. Düzdür, komanda ilə məşq etdi, bəzi anlarda onu qoruduq. Amma oyuna hələ 2 gün var. İnanıram ki, matçadək hamısı daha yaxşı vəziyyətdə olacaq".

Qeyd edək ki, oktyabrın 1-də Polşadakı "Voyska Polskoqo" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30