20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Çalışacağıq ki, bu ağır günlərdə Azərbaycanı öz nəticəmizlə sevindirək"

"Sevindirici hal odur ki, zədəli olan futbolçular artıq bizimlədir və matça çıxacaqlar. "Qarabağ" həmişəki kimi, öz oyununu nümayiş etdirə biləcək".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev UEFA Avropa Liqasının pley-off mərhələsində Polşada "Legiya"ya qarşı keçirəcəkləri matçdan öncə jurnalistlərə açıqlamasında deyib.

31 yaşlı futbolçu ağır səfərə getdiklərini bildirib: "Özümüz də başa düşürük ki, bu, bizim Avropada oynamaq üçün son şansımızdır. Ona görə əlimizdən gələni edəcəyik. Ölkədəki vəziyyət də bizə çox təsir edir. Çalışacağıq ki, bu ağır günlərdə Azərbaycanı öz nəticəmizlə sevindirək".

Təcrübəli müdafiəçi meydanda öz sözlərini demək istədiklərini vurğulayıb: "Əsas odur ki, bu günlərdə çox şeyin baş verdiyini anlayırıq. Bizim ilk missiyamız odur ki, futbolumuzu göstərək və nəticə ilə sözümüzü deyək. Lazım olsa, meydanda döyüşəcəyik. Hamı o düşüncədədir ki, həm vuruşsun, həm də gözəl futbol sərgiləsin".

Qeyd edək ki, oktyabrın 1-də oynanılacaq "Legiya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da start götürəcək (Report).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30