20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

588 gündən sonra: 40-cı qol, 10-cu penal

“Səbail”in futbolçusu Əfran İsmayılov Azərbaycan çempionatında 40-cı qolunu vurub.

Futbolxeber.az saytının məlumatına görə, bu, Premyer Liqanın IV turunun “Sabah”la görüşünə təsadüf edib. 2:1 hesablı qələbəyə qolla töhfə verən yarımmüdafiəçi yubiley topuna imza atıb.

Əfran həm də qolsuzluq seriyasına son qoyub. Ötən mövsüm də qol vurmayan futbolçu sonuncu dəfə 2019-cu il fevralın 16-da “Sumqayıt”ın üzvü kimi “Keşlə”nin qapısına yol tapıb. Komandasının 1:2 hesablı məğlubiyyətindən 588 gün sonra İsmayılov növbəti dəfə fərqlənib.

“Səbail”də qol hesabını açan Əfran özünün 7-ci komandası ilə Premyer Liqada fərqlənib. İlk qolunu 2008/09 mövsümündə “Turan”da vuran Əfran Tovuz təmsilçisində 2, “Qarabağ”da 22, “Bakı”da 8, “Sumqayıt” və “İnter”də (indiki “Keşlə”) 3, “Xəzər Lənkəran”da 1 qol vurub.

“Sabah”ın qapısına 11 metrlik cərimə zərbəsindən qol vuran yarımmüdafiəçi Premyer Liqada 10-cu dəfə penaltidən qol sevinci yaşayıb. O, yerinə yetirdiyi 10 zərbədə yüz faizlik dəqiqlik nümayiş etdirib.

Qeyd edək ki, Əfran ölkə çempionatları tarixinin ən məhsuldar futbolçuları sırasında 55-59-cu yerlərə şərik çıxıb. O, 40 qol vuran Mehman Allahverdiyev, Samir A. Məmmədov, Fernando Peres və Junivan Suaresə çatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30