28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”ın tarixində 3-cü

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Premyer Liqadakı quru seriyası qırılıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, o, “Sumqayıt”la 4-cü turun oyununun (2:2) 52-ci dəqiqəsində qol buraxıb. Bu topa Əli Qurbani imza atıb.

Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxan Məhəmmədəliyev 724 dəqiqədən ibarət quru seriyaya imza atıb. Bu müddətdə qolkiper ötən mövsümün 6, cari çempionatın bir görüşündə qapısını toxunulmaz saxlayıb.

Şahruddin 724 dəqiqəlik seriya ilə Azərbaycan çempionatları tarixində 17-ci göstəriciyə imza atıb. Bu, “Qarabağ”ın tarixində 3-cü nəticədir. Məhəmmədəliyev Ağdam təmsilçisinin qapıçıları arasında yalnız Camaləddin Əliyev (958) və  Boyan Pavloviçdən (828) geri qalsa da, Əliyevin 700 dəqiqədən ibarət digər seriyasını keçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31