28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elmar Baxşıyev: “3 xal dalınca gəlmişdik”

“Bu gün futboldan danışmaq ikinci plana keçir. Öncə ordumuzun qələbəsi münasibətilə dövlətimizi və xalqımızı təbrik edirik. İnanırıq ki, ordumuz bizi yenə sevindirəcək. Torpaqlarımız işğaldan azad olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis oyunun maraqlı alındığını bildirib: “Hər iki komanda hücum futbolu sərgilədi. Komandamdan məmnunam. İstədiyimi meydanda yerinə yetirirlər”.

Onun sözlərinə görə, rəqibdən asılı olmayaraq hücum futbolu sərgiləmək istəyirlər: “Bura 3 xal dalınca gəlmişdik. Amma futbolçuların əməyini qiymətləndirməliyik”.

Baxşıyev hakimlikdən də danışıb: “Məncə, normal idarəçilik oldu. Mənim işim komandamın oyununa qiymət verməkdir”.

Baş məşqçi xal itkisinin yorğunluqla bağlı olmadığını deyib: “Neftçi” tempi artırdı. Ona görə səhv etdik və qol buraxdıq”.

Baxşıyev yenidən komandaya qayıdan Ceyms Adeniyinin çıxışını da dəyərləndirib: “Adeniyi uzun müddət futboldan kənarda qalmışdı. Tanıdığımız oyunçudur. Ona güvənirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31