20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Aftandil Hacıyev: “Vacib 3 xal qazandıq”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turunda  “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabı ilə qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

- Bilirdik ki, bu gün xal qazanmaq bizim üçün çox önəmlidir. Mübarizəli oyuna hazır idik. Vacib 3 xal qazandıq. Bu komandaya bir az vaxt lazımdır, gec qoşulanlar, zədədən yenicə qayıdanlar var. Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Həqiqətən, rəqibimiz daha iddialıdır. Hər tur çətin keçir, zəif rəqib yoxdur. "Qarabağ" və "Neftçi" bir az üstündür, qalanları eyni səviyyəli komandalardır. Getdikcə, daha yaxşı olacağıq, heyətin güclənməyə ehtiyacı var. Yaxşı oyun alındı. 4 turdur ki, meydanda sürətli oyun göstəririk. Rəqibi də təbrik edir, onlara uğurlar arzu edirəm.

- Hendrik Ekşteynin bu gün start heyətdə meydana çıxması gözlənilməz oldu...

- Ekşteynin getməsi peşəkarlıq baxımından düzgün deyil. Sadəcə, geri qayıdanda psixoloji problemləri olduğunu dedi. Futbolçu da insandır və Ekşteyni başa düşməyə çalışdım. Onu komandaya geri qaytarsaq da, cəzasız qalmayacaq. Çempionatımızın səviyyəsinin aşağı olduğunu deməzdim. Ekşteynin təcrübəsi var və ona güvənərək bu gün start heyətdə meydana buraxdıq. Bahadır Həziyev üçün əsas heyətdə başlamaq bir az çətin olardı. Çalışırıq ki, həm təcrübəli, həm də gənclərlə bir komanda yaradıb, mübarizə aparaq.

- Bilirik ki, futbolçular hər zaman sabiq klubları ilə oyunda daha istəkli olurlar. Ekşteyn də “Səbail”ə “Sabah”dan gəlib. Əgər rəqib "Sabah" yox, başqa klub olsaydı, yenə də Ekşteynə ilk “11-lik”də şans verəcəkdiniz?

- Bəli, razıyam ki, hər zaman öz keçmiş komandana qarşı oynayanda daha istəkli olursan. Amma bunu düşünüb Ekşteyni meydana buraxmamışıq. O, yaxşı futbolçudur və bu gün çalışdı tapşırıqları yerinə yetirsin.

- Uzun müddət oynamamasına baxmayaraq, Əfran İsmayılov bu gün meydanda ən yaxşılardan idi. Onun oyunundan razı qaldınız?

- Əfran bizə gec qoşuldu. Artıq çəkisi var idi, onu da atmağı bacarıb. Təcrübəsinə görə meydanda 90 dəqiqə yaxşı vəziyyətdə qalır. Onun daha da yaxşı olacağına inanıram. Məqsədimiz yerli futbolçuları Azərbaycan futboluna bəxş etməkdir. Buna görə də təcrübəli futbolçuların üzərinə böyük yük düşür.

- Oyunun sonunda futbolçular arasında qarışıqlığa səbəb nə idi?

- Emosiyalar yüksək idi, istənilən söz hər iki tərəfə təsir edə bilərdi. Çoşqunla Elçinin arasında qısa mübahisə yarandı, ciddi bir şey baş vermədi. Mən də topun mən tərəfə atılmasını xoş qarşılamadım, amma sonra bilərəkdən etmədiyini bildirdi.

- Bahadır Həziyev U-17 və U-19 millisində yarımmüdafiənin mərkəzində çıxış edirdi, siz isə ondan cinahdan yararlanırsınız. Bu, məcburiyyətdən atılmış addımdır, yoxsa düşünürsünüz ki, cinahda daha faydalı olar?

- Bahadırı sol cinahda sınamışdıq. Fikrimiz, bu mövqeyi limit kimi istifadə etmək idi. Bahadır həm solda, həm də ortada oynamağı bacarır. Onun hansı mövqedə daha effektli olacağını hələ bilmirik. Perspektivli futbolçudur. Gənc oyunçular üzərlərində çox çalışmalıdırlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30