23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov hakimin müdafiəsinə qalxdı: “Orda ikinci sarı vərəqə verilməməliydi"

"Maraqlı oyun oldu. Sonda xal qazana bildik. Hələ "Sabah"la oyundan sonra  bildirmişdim ki, çempionat gərgin keçəcək. Rəqibi yaxşı oyun münasibətilə təbrik edirəm. Oktyabrın 1-də bizi vacib oyun gözləyir".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"la 2;2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, gedişat baxımından nəticə qənaətbəxşdir. Qurbanov hər iki topu əks-hücumdan sonra cinah ötürmələrindən buraxdıqlarını söyləyib.

Təcrübəli mütəxəssis Polşa "Legiya"sı barədə də danışıb: "Legiya"nın baş məşqçisi dəyişib. İndi daha aqressiv oynayırlar. Cinah oyunçuları rəqib imkan verdikdə fəallaşırlar".

Qurbanov Xayme Romeronun İstanbuldan yeni qayıtdığını və oyuna hazır olmayacağını bildirib. O, Abdullah Zubir və Mahir Emrelinin nisbətən yaxşı vəziyyətdə olduqlarını söyləyib.

Ardıcıl 4 oyun qələbə qazana bilməmələrinin seriya adlandırıldığını deyən Qurbanov heç də asan olmayacağını və gələcəkdə daha ağır oyunların komandanı gözlədiyini vurğulayıb: "Hər bir halda vəziyyəti, sponsorları, sabah necə olacağını nəzərə almalıyıq. 3-4 perspektivli futbolçumuz var. Onların təcrübələrinin artması mənim üçün çox önəmlidir. Məncə, yaxşı komandamız var və yaxşı nəticə əldə etməyə qadirik"

Uroş Matiçin oyunundan razı qaldığını söyləyən baş məşqçi Azərbaycan çempionatında ustalıq səviyyəsi daha çox olan oyunçulara xeyli ehtiyac duyulduğunu diqqətə çatdırıb. O, "Legiya" ilə oyunadək yeni hücumçu alınma ehtimalının olmadığını söyləyib.

Komandada çoxlu dəyişikliyin baş verməsinə də diqqət çəkən təcrübəli mütəxəssisin sözlərinə görə, əvvəllər iki bərabər səviyyəli heyətə malik olublar: "Hər dəfə çempionata eyni səviyyədə başlamaq olmaz. Amma yenə də öz səviyyəmizi qorumağa çalışırıq. Öz işimizi düzgün və səbrlə görərək, yuxarı yerlərdə qalmaq niyyətindəyik. Aleks Ferqyusonun bir sözü var: "Komandanın hansı səviyyədə olmasını mövsümün sonunda biləcəyik".

Qurban Qurbanov oyunun gedişində meydandan qovulmalı olan İsmayıl İbrahimlinin ikinci sarı vərəqəyə layiq olmadığını bildirib: "Hakim həmin epizodda düzgün qərar qəbul etdi. Orada ikinci sarıvərəqə göstərilməməliydi". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30