26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Qəbələ” akademiyasının komandaları yeni mövsümün hazırlıqlarına başladı

“Qəbələ” Futbol Akademiyasının komandaları yeni mövsümün hazırlıqlarını start verib.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” akademiyası 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin, U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq. U-8 komandası da yay fasiləsinə son verərək hazırlıqlara başlayıb.

Komandaların hazırlıqlarına 20 nəfərlik heyət rəhbərlik edir. Halim Fıçıcının klubdan ayrılmasından sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub. O, həm də U-19 komandasını çalışdırır.

Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30