20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Sabah" rəhbərliyindən növbəti absurd qərar: "Ya müqavilə bağlayın, ya da qaçın"

"Sabah"ın əsas komandasından kənarlaşdırılmış futbolçular - Şakir Seyidov, Emil Qasımov və Elçin Mustafayev əvəzedici heyətin məşqlərində də iştirak edə bilmirlər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a sözügedən oyunçulardan ikisi - Seyidov və Qasımov açıqlama verib.

Futbolçuların sözlərinə görə, onların komanda ilə birlikdə məşq etmələrinə icazə verilmir.

Seyidov bildirib ki, məşq zamanı yalnız meydanın kənarında qaçırlar: "Aut xəttindən 3 metr aralıda yer veriblər ki, burada məşq edin. Yalnız qaçırırq, meydanı dövrə vururuq. Rəhbərlik məşqçilərə deyib ki, gəlsinlər, müqavilə bağlasınlar, məşqə buraxaq. Yeni sözləşmə olmasa, yalnız kənarda qaçacaqlar".

Qasımov isə hazırkı vəziyyətin ona pis təsir etdiyini söyləyib: "Mən peşəkar futbolçuyam. Nə edə bilərəm? Klubla müqaviləmiz ola-ola nəinki əsas komanda, hec əvəzedici heyətlə də məşqə çıxa bilmirik. Biz kluba təklifimizi demişik: məşqə çıxaq, baş məşqci bizi görsün. Planında biz varıqsa, oturub müqavilə şərtlərini danışmaq olar".

"Sabah"ın Mətbuat katibi Elnur Həmidov isə "Report"a bildirib ki, hər iki futbolçu ilə müqavilə şərtlərinə tam əməl edilir: "Məşqlərin hansı şəkildə keçirilməsi və futbolçulara hansı tapşırıqların verilməsinə məşqçilər heyəti qərar verir".

Qeyd edək ki, hər 3 futbolçunun "Sabah"la cari mövsümün sonunadək müqaviləsi var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30