20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Aftandil Hacıyev: "Hazırda "Səbail" üçün təhlükə yoxdur"

“İlk yarıda baxımlı və sürətli oyun oldu. Matçın çox hissəsi maraqlı təsir bağışladı. İlk yarıda buraxdığımız səhvlər nəticədə öz sözünü dedi. Rəqib haqqında isə yalnız xoş sözlər deyə bilərəm. Hər bir komandaya çətinlik törədən klubdur".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 3-cü turunda səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, kifayət qədər qol epidozu yaxalayıblar. A.Hacıyev komandanı hələ tam komplektləşdirmədiklərini və bəzi futbolçuların hələ hazır olmadıqlarını əlavə edib. O, gənc futbolçuların gələcəkdə daha yaxşı formaya düşəcəklərinə inam ifadə edib.

3 oyundan 3 məğlubiyyət almalarına da toxunan çalışdırıcı hələ çempionat öncəsi çətinliklə üzləşəcəklərini bildiklərini söyləyib: "Əlbəttə, bizi nəticə razı salmaya bilər. Amma hansı komanda ilə yola çıxdığımızın fərqində idik. "Səbail" yaşayarsa, gənclərlə təcrübəlilərin vəhdətindən komanda quracağıq. Hazırda komanda üçün təhlükə yoxdur. Amma çox yüksək səviyyəli komandalarımızın dağıldığını nəzərə alaraq, bunu deyirəm".

A.Hacıyevin sözlərinə görə, Hendrik Ekşteyn komandadan ayrılmasından peşman olduğunu bildirib. O, gələn həftə ərzində afrikalı legionerlər bağlı qəti qərarın veriləcəyini əlavə edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30