20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elmar Baxşıyev: “Getdikcə daha yaxşı olacağına inanıram”

"Oyun maraqlı alındı. Çempionatın liderlərindən birinə qarşı oynayırdıq. Heyətinə görə “Keşlə” ön pillələrdə gedə biləcək komandadır. “Sabah”la görüşdən sonra komandanı qələbəyə hazırlayırdıq və üç xal qazanacağımıza inanırdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 3-cü turunda “Keşlə” oyundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, komandasından razı qaldığını bildirib: “Oyunun keyfiyyətinə gəlincə, çox razıyam. Meydanda istədiyim komandanı görə bilirəm. İnanıram ki, oyunlar getdikcə hücum planında daha məzmunlu oyun nümayiş etdirəcəyik. Nikolas Raysel bizim üçün önəmli futbolçulardan biridir. Futbol emosiyalar oyunudur. Qırmızı vərəqəni də emosiyalarla bağlayardım. Onunla danışıqlarımız olacaq və belə halların təkrarlanmayacağına ümid edirəm. İkinci hissədəki oyunu fiziki hazırlıqla əlaqələndirməzdim. Azlıqda qalandan sonra mövqe vermədiksə, hazırlıqda problem yoxdur. İlk yarıda dominant futbol göstərməyə çalışdıq, oyunu pressinqdə qurmuşduq. Komandanın ikinci hissədəki çıxışı normaldır. Getdikcə daha yaxşı olacağına inanıram. Rafael Utziq iki gündür bizə qoşulub. Ona uyğunlaşmaq üçün vaxt lazımdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30