24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Jezniçak: “Püşkdən nə “Legiya” razıdır, nə də “Qarabağ” püşkdən razıdır”

"Legiya" üçün yaxşı püşk olmadı. Düşünürəm ki, nə "Legiya", nə də "Qarabağ" püşkdən razıdır. Çünki daha zəif komandalarla düşə bilərdilər. Mən də belə bir püşkün olmasını istəməzdim. Bir az ürəyim parçalandı. Bir tərəfdən, bütün həyatım "Legiya" ilə bağlıdır. Digər tərəfdən, Azərbaycanda 2 gözəl il keçirmişəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.

Ağdam klubu pley-offda “Legiya” (Polşa) - “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

Hazırda Polşanın "Visla" klubunda çıxış edən Jezniçak bildirib ki, “Qarabağ” "Legiya" ilə qarşılaşacağı təqdirdə, şanslar bərabər olacaq:

"Matç əgər Bakıda keçirilsəydi, 70 faiz "Qarabağ"ın şansı olardı, Varşavadadırsa, şanslar bərabərdir. Matçın Varşavada keçirilməsi "Legiya" üçün birmənalı olaraq üstünlükdür. Çünki "Qarabağ" avrokuboklarda nadir hallarda evdə uduzur.  Çox vaxt isə qalib gəlir".

33 yaşlı oyunçu 2017-2019-cu illərdə çıxış etdiyi "Qarabağ"la hazırkı komandanı müqayisə edib:

"Mən oynadığım vaxt Çempionlar Liqasının qrup mərhələsində oynamışdıq. Növbəti mövsümdə isə turnirin pley-off mərhələsində uduzmuşdu. İndi isə 3-cü mərhələdə mübarizəni dayandırdılar. "Qarabağ"ın əsas kapitanı (Rəşad Sadıqovu nəzərdə tutur – red.) karyerasını başa vurub. Birlikdə oynadığım legionerlərin çoxu isə komandanı tərk ediblər. Bu mənada əvvəlki komanda daha güclü idi".

Azərbaycan çempionunun qapıçısı Şahruddin Məhəmmədəliyev barədə də danışan futbolçu qolkiperin boyunun qısa olduğunu deyib:

"Qapı xəttində inamlı təsir bağışlayır. "Molde" ilə matçda penaltini qaytardı. Amma boyu elə də uca deyil. "Legiya" bu amilə xüsusi diqqət yetirməli və maksimum yararlanmalıdır".

Jeçnizak bildirib ki, "Legiya" "Qarabağ"a rəqib olsa, kimin favorit olduğunu söyləmək çətin olacaq:

"Kimin favorit olduğunu demək çətindir. Hər şey həmin gün hansı komandanın formada olacağından asılıdır. Mənim üçün oyun gününə qədər şanslar bərabərdir. Təəssüf ki, bu duel qrup mərhələsində keçirilməyəcək. O zaman matçı daha rahat izləyərdim".

Qeyd edək ki, Jezniçak 2004-2017-ci illərdə "Legiya"da, 2017-2019-cu illərdə "Qarabağ"da oynayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30