29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Rüfət təriflərə layiq oyunçudur”

ABŞ-ın “Finiks Rayzinq” klubunun baş məşqçisi Rik Şantz futbolçusu Rüfət Dadaşovu tərifləyib.

Futbolxeber.az saytının məlumatına görə, o, ABŞ Milli Futbol Liqasının (USL) 12-ci turunda "Las-Veqas Layts" oyunda (5:1) 1 qol vurub, 2 qolun ötürməsini verən millimizin hücumçusundan razı olduğunu deyib:

“Rüfət çox inkişaf edib. O, meydanda nə edəcəyini yaxşı bilir. Bu bizim üçün çox vacibdir. Rüfətin ən çox xoşuma gələn xüsusiyyəti daim hərəkətdə olması, müdafiə xəttini narahat etməyə çalışmasıdır. Dadaşov qapıçıya təzyiq göstərir, hücum zamanı cinah oyunçularımızın boş zona tapmasına şərait yaradır. Son dərəcə ağıllı və əsl bitiricidir. Rüfət təriflərə layiq oyunçudur”.

Qeyd edək ki, R.Dadaşov 12-ci turun rəmzi komandasında yer alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31