20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Abdurrahim Albayrak: "Neftçi" bizə qonaqpərvərliyini göstərir"

"Çox sevdiyimiz qardaş ölkənin komandası ilə qarşılaşacağıq. "Neftçi" bizə öz qonaqpərvərliyini göstərir. Azərbaycandakı dostlarımıza salamımızı və sevgimizi çatdırırıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəkləri oyun öncəsi "TRT Spor"a açıqlamasında deyib.

“Bu matç bizim üçün çox önəmlidir. İnanıram ki, "Qalatasarat" "Qaziantep"lə matçda sərgilədiyi möhtəşəm oyunu Bakıda da göstərəcək və mərhələni keçərək Türkiyəyə qayıdacaq”, - deyə o bildirib.

A.Albayrak görüşün Azərbaycan və ya Türkiyədə keçirilməsinin "Qalatasaray" üçün fərq etmədiyini vurğulayıb: "İstanbulda cavab görüşü keçirilsəydi belə, yenə azarkeşlər stadionda olmayacaqdı. Ümid edirəm ki, "Neftçi"ni mübarizədən kənarlaşdıracağıq və növbəti oyunu evdə keçirəcəyik. Azarkeşsiz oyunun heç bir dadı-duzu yoxdur".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30