25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qarabağ” “Molde” ilə bacarmadı

"Qarabağ" Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu 3-cü təsnifat mərhələsində Norveç "Molde"si ilə qarşılaşıb. Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilən matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə "Molde" 6:5 hesabı ilə qaəlib gələrək “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Norveç çempionu bunu daha erkən də edə bilərdi. Lakin Şahruddin Məhəmmədəliyev 102-ci dəqiqədə penaltini dəf edib.

Qeyd edək ki, "Molde" pley-off mərhələsində "Ferentsvaroş"la qarşılaşacaq. "Qarabağ" isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Qurban Qurbanovun komandasının pley-offdakı rəqibi sentyabrın 18-də keçiriləcək püşkatmada müəyyənləşəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

16 sentyabr

"Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 0:0 pen - 5:6

Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixaylovi, Novak Simoviç (hamısı Serbiya)

Larnaka. "AEK Arena"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30