26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ayxan Abbasov üçün yubiley

Azərbaycan Premyer Liqasının II turu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov üçün yubileylə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis karyerasında 100-cü oyununu keçirib. Çalışdırıcı yubiley matçında “Neftçi” üzərində 2:0 hesablı səfər qələbəsinə sevinib.

Baş məşqçi kimi iki klubda “Zirə” və “Sumqayıt”da çalışan Abbasovun debütü 2017-ci il yanvarın 29-na təsadüf edib. Həmin gün Abbasov ilk matçında “Zirə”nin AZAL üzərində ev qələbəsinə şahid olub - 2:1. Ümumilikdə, 100 qarşılaşmada 38 qələbə görən mütəxəssis 27 heç-heçə və 35 məğlubiyyətdə iştirak edib.

100 oyundan 5-i Avropa Liqası, 12-si Azərbaycan kuboku, 83-ü Azərbaycan Premyer Liqasına təsadüf edib. “Neftçi” ilə görüş həm də Premyer Liqada 30-cu qələbə olub. Abbasov 18 dəfə “Zirə”, 12 dəfə “Sumqayıt”ın baş məşqçisi kimi 3 xal qazanılmasında pay sahibi olub. Onun Premyer Liqadakı digər qarşılaşmalarında komandaları 23 heç-heçə edib və 30 dəfə uduzub (pfl.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30