24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Oyunu gözəlləşdirən nə var idisə, hamısı meydanda idi”

"Maraqlı oyun izlədik. Hər iki komanda çox qol epizodları yaratdı. Oyunu gözəlləşdirən nə var idisə, hamısı meydanda idi. İkinci hissədə qolu tez buraxdıq. Futbolçularda ruh düşkünlüyü oldu. "Zirə"nin heyəti bizdən qat-qat genişdir. Bunu hiss etdirməməyə çalışdıq. Bəzi oyunçularımızda təcrübə çatmadı, bu da meydanda öz sözünü dedi".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 2-ci turunda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

39 yaşlı məşqçi bildirib ki, Mirsahib Abbasov ailəvi problemlərinə görə matçda iştirak etməyib: "Bu gün Peyman Keşavarza şans vermədik, bizim mərkəz müdafiəçimiz azdır. Ürfanı bu mövqedə sınadıq, onda pis alınmadı. Çalışacağıq ki, əlimizdə olan heyətlə nəsə edək. Ürfan Abbasov "Qəbələ" klubunda müdafiədə çıxış edib".

A.Hacıyev penaltidən istifadə edə bilməyən Rauf Əliyevlə bağlı bunları söyləyib: "Onu həmişə penaltini vuran oyunçu kimi tanımışıq. Qapıçı penaltini dəf etdi, bu, onun ustalığından xəbər verir. Rauf vura bilmədisə, o demək deyil ki, ona güvənməyəcəyik” (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30