29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vurğun Hüseynov: "Neftçi" "Qalatasaray"la oyuna kimi toparlanmalıdır"

“Neftçi” ilə matçın çətin olacağını bilirdik. Bu rəqibə qarşı səfər oyunu hər komanda üçün 2 qat çətinlik yaradıb. Görüşə yaxşı nəticə qazanmaq üçün çıxmışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Premyer Liqanın II turunda səfərdə "Neftçi"ni 2:0 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.

32 yaşlı müdafiəçi rəqibi istək və əzmkarlığın hesabına üstələdiklərini bildirib. Hüseynov baş məşqçi Ayxan Abbasovun rəqibə uyğun taktika seçdiyini və bunun qələbə üçün önəmli olduğunu söyləyib.

Təcrübəli futbolçu "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyə "Qalatasaray"ı ilə qarşılaşmadakı şanslarını da dəyərləndirib: "Qalatasaray" oyunun favoritidir. Hər birimiz istəyirik ki, "Neftçi" növbəti mərhələyə vəsiqə qazansın və ölkənin reytinq xalları artsın".

Azərbaycan millisinin sabiq üzvü İstanbul təmsilçisi ilə matçın "Neftçi" üçün çətin keçəcəyini sözlərinə əlavə edib: "Qalatasaray"ın futbolçularının ustalıq səviyyəsi yüksəkdir. "Neftçi" tez zamanda toparlanmalı və oyuna hazır olmalıdır. İnanıram ki, belə də olacaq. Düşünürəm ki, əzmkarlıq və istək sayəsində "Qalatasaray"ı keçmək olar".

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq. 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31