20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Respublika stadionunun ot örtüyü dəyişdirildi

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü yenilənib. Bu haqda Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, meydanın 70 faizədək hissəsinə yeni örtük döşənib, qalan bölümünə isə toxum səpilib. İsmayılov yaxın 10 gün ərzində meydanın oyun keçirmək üçün hazır vəziyyətdə olacağını açıqlayıb. Direktor bildirib ki, “Qarabağ” komandası sentyabrın 21-də Topaz Premyer Liqasının VII tur matçında “Simurq”u məhz bu arenada qəbul edə biləcək. 
Qeyd edək ki, Respublika stadionunun ot örtüyündə bir müddət öncə problemlər yaranmağa başlamışdı. “Qarabağ”ın futbolçuları avqustun 22-də Almaniya “Ayntraxt”ı ilə Avropa Liqasının ilk “pley-off” matçında 0:2 hesablı məğlubiyyətə səbəblərdən biri kimi meydanın vəziyyətini də göstərmişdilər. Ağdam təmsilçisi Premyer Liqada “Xəzər Lənkəran” və AZAL-la son 2 ev oyununu “Bakcell Arena”da keçirməli olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30