20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Prins İbara rəsmən “Neftçi”də

"Neftçi” hücumçu transferini rəsmiləşdirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Konqo milli komandasının üzvü Prins İbara ilə 1 illik müqavilə imzalanıb.

Belçikanın "Birşot” klubuna (2019-2020; 12 oyun) məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında "ağ-qaralar"da çıxış edəcək. O, 13 nömrəli formanı geyinəcək.

Prins İbara Konqonun ACNFF (2014), "Pelikan” (2015; 6 oyun, 6 qol), Tunisin "Bizerten” (2015-2017; 19 oyun, 8 qol), Qətərin "Əl-Vakra” (2017-2018; 9 oyun, 1 qol) və Əlcəzairin "USM Əlcəzair” (2018-2019, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.

Xatırladaq ki, "Neftçi" yay fasiləsində Cabir Əmirli, Fəhmin Muradbəyli (icarədən qayıdıb), Yusuf Laval, Sabir Buqrin, Rener Alves De Souza və Talisson Diazı da heyətinə cəlb edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30