29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Zədələndiyim üçün məni "Sabah"da saxlamaq istəmədilər"

"Hələ dörd həftə İstanbulda qalacaq, reabilitasiyanı da burada keçəcəyəm".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Türkiyədə əməliyyat olunan "Sabah"ın və Azərbaycan millisinin sabiq futbolçusu Cavid Tağıyev deyib.

28 yaşlı yaşlı yarımmüdafiəçi hələ heç bir klubla danışıq aparmadığını, bütün fikrini zədəsini sağaltmağa yönəltdiyini söyləyib: "Pandemiya yeni başlayan vaxt fərdi məşq zamanı xəsarət aldım. Klubla danışdıqda məni komandada saxlamaq istəmədilər. Əslində, ayrılmağı düşünmürdüm, amma belə qərar verildi. Bu, mənim üçün çətin oldu. Qərar özlərinə xeyir verən idi. Ədalətli qərar verib-vermədiklərini özləri bilərlər".

Tağıyev klubun prezidenti Maqsud Adıgözəlov və digər rəsmi şəxslərlə görüşdüyünü sözlərinə əlavə edib: "Bu görüşlər əsnasında qərarı mənə bildirdilər. Məşqlərdən kənarda zədələndiyim üçün müqaviləyə əsasən, sözləşməmə xitam verə bilərdilər. Mən də sonda razılıq verdim. Əməliyyatımın 1/3 hissəsini ödədilər, qalanlarını isə özüm etdim".

Qeyd edək ki, Cavid Tağıyev karyerası ərzində "Turan", AZAL, "Qarabağ", "Zirə" və "Sumqayıt"da da çıxış edib. O, 2 dəfə Azərbaycan millisinin formasını geyinib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31