29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

De Byazi: “Sevindirici haldır ki, oyunu tam heyətlə tamamladıq”

“Çox yaxşı oyun keçdi. İlk hissədə daha çox qol vura bilərdik. Sevinirik ki, nəticə bizim xeyrimizə oldu. İkinci hissədə yorğunluq hiss olunurdu. Bir az da gərginlik var idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının ikinci turunda səfərdə 1:0 hesabı ilə qaəlib gəldiyimiz oyundan sonra deyib.

İtaliyalı mütəxəssis Lüksemburqla oyunla müqayisədə bəzi dəyişikliklər etdiklərini bildirib:

“Sevindirici haldır ki, oyunu tam heyətlə tamamladıq. Lüksemburq oyunu ilə müqayisədə müəyyən dəyişiklik etdik. Xoşuma gələməyən şeylər var idi. Ən vacib futbolçuların istəkli olmasıdır.

İlk gündən demişdim ki, uğurlu nəticəyə və qələbəyə hamımız inanmalıyıq. Əgər belə olarsa, bu gün qazandığımız qələbələrin sayı çox olacaq. Bu gün komandamız qələbə qazanmaqla yanaşı, qısa müddət ərzində məğlubiyyətdən nəticə çıxarmağı və xarakter nümayiş etdirməyi bacardı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31