25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi”, “Qəbələ” və “Zirə” cərimələndi

AFFA İntizam Komitəsi "Zirə"nin üzvü Hacıağa Hacılını bir oyunluq cəzalandırıb.

Fubtolxeber.az saytının məlumatına görə, buna 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının ilk turunda keçmiş komandası "Qəbələ" ilə görüş zamanı qeyri-idman hərəkətinə yol verməsi səbəb olub. Həmin qarşılaşmada ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılmış Hacılı növbəti oyunda "Səbail"ə qarşı oynamayacaq, klubu isə 200 manat cərimə ödəyəcək.

Bu oyun təşkilati baxımdan pozuntularla da müşayiət olunub. Nəticədə "Qəbələ" klubu təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyun öncəsi iclasda iştirak etmədiyi üçün 400 manat, topdaşıyan şəxslərin yaş həddinin pozulması səbəbindən isə 800 manat ziyana düşüb.

"Neftçi" isə “Səbail” komandası ilə görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30