19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Səbail”in yeni transferi: “Mənim üçün maddiyyat vacib deyil”

"Danışıqlarımız bir neçə ay davam etdi. Sonra videoları izlədim və məni inandırdılar ki, orada məşqçilər futbolçuları sevirlər. Mən də arzumu gerçəkləşdirdim".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in yeni transferi Nikolas Hagen deyib.

Bakı klubuna keçidi haqda danışan Qvatemala millisinin qapışısı yeni təcrübə qazanmaq üçün ölkəmizə gəldiyini bildirib: "İstəyimi gerçəkləşdirdim. Arzum bura gəlmək, oyunlar keçirmək və çox istədiyim xəyalımı yaşamaq idi. Mənim üçün maddiyyat vacib deyil. Axtardığım şey inkişaf etmək, daha yaxşı olmaqdır. Özümü göstərə biləcəyim, futbol haqqında daha çox şey öyrənəcəyim bir layihə axtarırdım. Təkcə futbolçu olaraq deyil, həm də, bir insan olaraq böyümək, inkişaf etmək istəyirəm. Ümid edirəm ki, bunu burda bacara bilərəm.

Burda mövsüm yeni başlayıb. Gördüyüm qədəriylə sürətli futbol oynamağa və topu saxlamağa üstünlük verilir. Ən az səhv edən qalib gəlir. Ölkəmin adını yüksəltmək üçün daha çox çalışacam”.

Qeyd edək ki, Nikolas Hagen “Səbail”lə 1 illik müqavilə bağlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30