24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Düşünürəm ki, Azərbaycanla oyunda qalib gəlməyi bacaracağıq”

“Monteneqro ilə matç bizim birinci oyunumuz idi. İlk təcrübədir. Bu oyunda müdafiə olunmaq baxımından yaxşı idik. Məğlub olsaq belə, məncə pozitiv məqamlar da oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri UEFA Millətlər Liqası çərçivəsində sabah Azərbaycana qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfrasında Kipr milli komandasının baş məşqçisi Yohan Valem deyib.

O, yığmamızla görüşə hazır olduqlarını qeyd edib: “Azərbaycan ilə oyuna gəldikdə isə, fikrimcə, futbolçular oyuna hazırdılar. Düşünürəm ki, biz bu oyunda qalib gəlməyi bacaracağıq. Rəqibə hörmət edirik, yaxşı heyətləri var. Ciddi rəqiblə qarşılaşacağıq, daha intensiv futbol oynamalıyıq. Bu, daha fərqli oyun olacaq. Öz futbolçularıma inanıram. Əhval-ruhiyyəmiz yüksək olmalıdır ki, bu yanaşma ilə meydana çıxaq. Sırf bunun nəticəsində uğur qazana bilərik. Millətlər Liqasında millimiz uğurlu çıxış etməlidir və mən bunun belə olacağına inanıram”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30