20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Azərbaycanı üstün sayıram"

“Zədəli futbolçularla bağlı vəziyyəti bilmək üçün sabahı gözləməliyik. İndi bu barədə nə isə demək çətindir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Lüksemburq millisinin baş məşqçisi Lük Holts UEFA Millətlər Liqasında qarşılaşacaqları Azərbaycanla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, Azərbaycanla sabahkı oyunda hansı heyəti meydana buraxacağını hələ müəyyənləşdirməyib: "Yəqin ki, son yoxlama matçındakı heyət olmayacaq. Lakin indi start "11-lik"lə bağlı danışa bilmərəm. Çünki Kristofer Martins zədəli idi. O, "Yanq Boyz"la İsveçrə çempionluğunu və kubokunu qazanıb. Martinsin komandamız üçün nə dərəcədə önəmli oyunçu olduğunu hamımız bilirik. Amma onun pandemiya müddətində çox oyun keçirməsini bizim üçün üstünlük saymıram. Çünki bir çox futbolçumuz 6 aydan çoxdur meydana çıxmayıb".

Lüksemburqlu baş məşqçi Azərbaycan millisi barədə müəyyən məlumata malik olduğunu deyib: "Rəqibin yeni baş məşqçisi var. Onun oyun fəlsəfəsi barədə fikir bildirmək çətindir. Ümumilikdə isə bu komandaların eyni səviyyəli olduğunu düşünürəm. Hər iki ölkədə çempionat dayandığından nə isə demək düzgün olmaz"

L.Holts deyib ki, oyunun favoriti Azərbaycan millisidir: "Sabah oyuna ehtiyatlı başlayacağıq. İlk növbədə, necə müdafiə olunacağımıza köklənəcəyik. Çətin oyun olacaq. Bizim heç bir üstünlüyümüz yoxdur. Bu, sadəcə bir oyundur".

Təcrübəli mütəxəssis matçın azarkeşsiz keçirilməsinin oyunçulara təsir etməyəcəyini söyləyib: "Əsas məsələ futbolçuların meydandakı fəallığıdır. Passiv oynamaq istəmirik. Ən çətin məsələ öz oyunumuzu tapmaq olacaq. Hər iki ölkədə bir müddət futbol dayandığından oyunçular üçün asan olmayacaq".

Baş məşqçi Azərbaycan millisi ilə bağlı fikirlərində səmimi olduğunu vurğulayıb: "Burada heç bir gizli məqam yoxdur. Uels və Slovakiya ilə oyunlarınızda başabaş mübarizə görmüşəm. Bu səbəbdən Azərbaycanı üstün sayıram".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30