20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Maksim Medvedev: "Lüksemburqla matça hazırıq"

"Qrafikimiz sıxdır. Amma hazırda millinin düşərgəsindəyik. İntensiv məşqlər keçdik. Çox şeyin üzərində işləməliyik. Baş məşqçi qısa zamanda hər şeyin ən yaxşısını etməyə çalışır".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin kapitanı Maksim Medvedev UEFA Millətlər Liqasında qarşılaşacaqları Lüksemburq seçməsi ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

31 yaşlı futbolçu sıx qrafikə öyrəşdiyini söyləyib. Medvedev vəziyyətdən necə çıxmaq lazım olduğunu bildiyini vurğulayıb: "Heç bir futbolçu belə hərəkət etməyib və baş məşqçiyə hazırlıq prosesi ilə bağlı etirazını bildirməyib. De Byazi təcrübəli mütəxəssisdir. Məşq vaxtını bölə bilər. Komandada oyun problemi var. Gündə iki dəfə məşq etməli idik. Fiziki məşqlər olmayıb ki, kimsə narazılıq etsin. Futbolçuların etiraz etməsi doğru məlumat deyil".

Təcrübəli müdafiəçinin sözlərinə görə, Lüksemburq futbolu tam fərqlidir: "Oyunçularının əksəriyyəti legioner həyatı yaşayır. Hamısı təcrübəli futbolçulardır. Milli ilə Lüksemburq klublarını müqayisə edə bilmərik. Bəzi videolara baxmışıq. Oyuna hazırıq. Mən zəif olduğumuzu demirəm. Bizim millinin 30 faizi "Qarabağ"da oynayır. "Qarabağ"ın çıxışı da göz qabağındadır".

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 20:00-da başlayacaq. Yığma 3 gün sonra Kiprin qonağı olacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30