24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

AFFA rəsmisi: "Bizə məşqlərlə bağlı şikayət daxil olmayıb"

AFFA Azərbaycan millisinin futbolçularının baş məşqçi Canni De Byazinin məşq prosesindən narazılıq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla açıqlamasında məlumatı təkzib edib. O, belə bir halın yaşanmadığını söyləyib.

"Millinin düşərgəsində olan futbolçulardan hazırlıq prosesi və ya hər hansı digər məsələ ilə bağlı AFFA-ya heç bir şikayət daxil olmayıb", - F.Abdulla bildirib.

Milli assosiasiya rəsmisi yığmanın yeganə legioneri Renat Dadaşovun hazırda düşərgədə olduğunu və məşqlərdə iştirak etdiyini də vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburq seçməsini qəbul edəcək. Yığma 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq ("Report").

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30