19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Azərbaycanla oyunda qələbə üçün vuruşmalıyıq"

“Bütün futbolçularımız milli komandanın forması ilə matça çıxmaq üçün səbirsizlənir. Artıq 10 aydır ki, bir araya gəlmirdik. Çox şey vəd edə bilmərik. Çünki qrupda şanslar bərabərdir. İnanıram ki, Millətlər Liqasına qələbə ilə başlayacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Monteneqro yığmasının futbolçusu Aleksandr Bolyeviç UEFA Millətlər Liqasında Kiprlə keçirəcəkləri matçdan deyib.

25 yaşlı yarımmüdafiəçi komandasının qrupdakı şanslarını dəyərləndirib: "Milli komanda bizə çox şey verdi. Yığmadakı oyunlar bəzi futbolçuların  transferlərinə köməklik göstərib. Qrupda Kipr, Lüksemburq və Azərbaycanla üz-üzə gələcəyik. Bu matçlarda yalnız qalib gəlmək üçün vuruşmalıyıq. Kiprdəki ilk oyunda da qələbə çox vacibdir".

Qeyd edək ki, Monteneqro yığması C Liqasının 1-ci qrupunda sentyabrın 5-də Kiprlə, 3 gün sonra isə Lüksemburqla qarşılaşacaq. Azərbaycan millisi isə  Monteneqro  ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma  noyabrın 14-də Bakıda olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30