26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Dinamo”nun futbolçusu “Qarabağ” haqda: “Pley-offda bizi ən asan rəqib gözləyəcək”

"Komandamız üçün hər şeyin gözlənilmədiyi kimi baş verməsi maraqlıdır. Əks halda, mərhələ adladıqca rəqiblər zəifdən güclüyə doğru sıralanardı".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Damyan Daniçiç UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda "Qarabağ" - "Mölde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.

20 yaşlı yarımmüdafiəçi ÇL-in II təsnifatında rəqiblərinin çətin olduğunu söyləyib. O, III təsnifat mərhələsində də iddialı komanda ilə üz-üzə gələcəklərini sözlərinə əlavə edib. Daniçiçin sözlərinə görə mərhələ adlayacaqları təqdirdə, ən asan rəqiblərdən biri ilə qarşılaşacaqlar: "Ən çətin oyunumuz II təsnifat mərhələsində Rumıniya ÇFR-inə qarşı oldu. Bu rəqibi penaltilər seriyasında keçdik. İkinci matçımız da ən çətin oyunlardan olacaq. Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyimiz təqdirdə, pley-offda bizi ən asan rəqib gözləyəcək. Oyuna əsl komanda kimi köklənsək, hər şey özümüzdən asılı olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30