28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tərlan Əhmədovun alınan “qisas”ı

VƏ YA VƏLİ QASIMOV GÖRƏSƏN, NƏ DANIŞDIĞINI BİLİR???

Nə radikal dindaram, nə ateist. Amma Tanrının varlığına inanıram və bu gözəgörünməz həqiqəti qəbul edirəm. İlahi ədalətin sadəcə sözdən ibarət olmadığına da əminəm. Düzdür, bəzən deyirlər ki, Tanrı varsa, yer üzündə niyə bu qədər ədalətsizlik mövcuddur? Dəqiq cavab vermək qeyri-mümkündü. Amma istənilən halda İlahi ədalət var. Dünən buna bir daha, “Keşlə” - “Laçi” oyununun yekununda əmin oldum... “Sumqayıt” və “Neftçi”nin oyununa deyil, “ASK Arena”ya yollanmağımın xüsusi bir səbəbi var idi. Düşünürdüm ki, “Keşlə” mərhələni adlayacaq və oyundan sonra komandanın İdarə Heyətinin sədri Zaur Axundovdan müsahibə alarkən Tərlan Əhmədovun istefası haqda sual verəcəm. Aylardı müsahibə istəyimizi geri çevirən klub rəhbərinə bununla bağlı verəcəyim ilk sualı da qətiləşdirmişdim: “Keşlə” Avroliqada ikinci mərhələyə adladı. Bu uğurda kimin rolu daha çoxdu: Yunis Hüseynovun, yoxsa Tərlan Əhmədovun?” Burda deyiblər e, sən saydığını say...

3 saata yaxın  davam edən mübarizənin sonunda nə “Keşlə” mərhələ adladı, nə Zaur Axundov gözə dəydi. Kim nə deyir desin, “Keşlə”nin “Laçi”yə uduzması fiaskodu. Eynən Yunis Hüseynovun penalti vurmağa 5-ci futbolçunu tapa bilməməsi kimi. Əslində, hər şey “Laçi”nin qapıçısı 5-ci penaltini qaytaranda yox, bir neçə saniyə əvvəl - İlkin Qırtımov topa yaxınlaşanda bitmişdi...

Bəlkə də müqayisədə adıçəkilən futbolçuların kimlikləri gülüş doğuracaq. Amma “Keşlə”nin kapitanı topa gedərkən bir anlıq gözlərim qarşısında 2003-cü il, Çempionlar Liqasının finalı canlandı. Andrey Şevneçko “Old Trafford”da “Milan”ın sonuncu penalti zərbəsini yerinə yetirəkən hakimə elə baxırdı ki... Ukrayna futbolunun canlı əfsanəsi zərbədən qabaq məhz həmin baxışları ilə topu Buffonun qoruduğu qapıdan keçirmişdi artıq.

“Keşlə”nin məğlubiyyətindən sonra Feysbuka göz gəzdirdim. Ötən mövsüm komandanın qazandığı bürünc medalı Tərlan Əhmədovun deyil, klub rəhbərliyinin ayağına yazan “sabun bişirənlər”i çıxmaq şərti ilə, əksəriyyət bu yenilgini Tərlan Əhmədova bir müddət əvvəl edilən haqsızlıqla bağlayırdı. Klubun içində baş verənlərdən xəbərsizik, amma istənilən halda Tərlan Əhmədovun “Keşlə”dən uzaqlaşdırılması haqsızlıq idi. Və dünən İlahi ədalət bu haqsızlığı “Keşlə”yə “Laçi”dən alınan biabırçı məğlubiyyətlə ödətdirdi. Həyasızcasına “Keşlə”nin qazandığı bürünc medalı Tərlan Əhmədovdan başqa, az qala hamının adına yazanlar dünənki məğlubiyyəti kimin ayağına yazırlar görəsən?

Tərlan Əhmədov ikinci dəfədir bu cür haqsızlıqla üzləşir. Yaxın keçmişdə eyni hal “Neftçi”də də yaşanmışdı. Yeganə fərq odur ki, “ağ-qaralar” Əhmədovla bu cür urvatsız, çempionatın startına bir neçə gün qalmış vidalaşmamışdı.

“Neftçi” demişkən, “ağ-qaralar” dünən Avroliqada üzümüzü ağ edən yeganə təmsilçimiz oldu. Füzuli Məmmədovun komandası super futbol sərgiləməsə də, növbəti mərhələyə adladı. Eynən “Səbail”lə oyunda olduğu kimi. İndiki məqamda hansısa klubumuzdan ideal futbol gözləmək düzgün olmazdı. “Neftçi”ni nə dağın başına qaldırmaq lazımdı, nə də yıxıb-sürümək. Əsl “Neftçi”ni görmək üçün növbəti oyunlara ehtiyac var.

Az əvvəl “Neftçi”nin sabiq futbolçusu və məşqçisi Vəli Qasımovun açıqlamasını oxudum. Qasımov “ağ-qaralar”ın gənc çalışdırıcısı Füzuli Məmmədovu qorxaq futbolda günahlandırır. Bunu başqa biri desəydi, bəlkə də normal yanaşmaq olardı. Amma bunu o adam deyir ki, məşqçi kimi “Neftçi”yə ölkə daxilində ən biabırçı məğlubiyyəti yaşadıb. Görünür, Vəli Qasımovun “Qəbələ”dən aldığı 0:8 hesablı məğlubiyyət yadından çıxıb. Axı biz sizin rəhbərliyiniz altındakı “Neftçi”ni də görmüşük. Sizin kimi “ürəkli” futbol oynayıb “Qəbələ”yə 0:8, “Qarabağ”a 0:3 uduzmaqdansa, “Skupi”yə qarşı “qorxaq” futbol oynayıb, Avroliqada mərhələ adlamaq daha yaxşıdı! Üstəlik, Qasımovun dedikləri həqiqət olsa belə, o, doğma azərbaycanlısı, Avrokuboklardakı debütündə mərhələ adlayan gənc məşqçini təbrik etmək əvəzinə, niyə ondan səhv tapmağa çalışsın ki? Bu açıqlamanın sadəcə bir adı var - paxıllıq!

O ki qaldı Füzuli Məmmədova, necə məşqçi olacağını, “Neftçi”də hansı nəticə qazanacağını zaman göstərəcək. Amma Füzuli Məmmədov qorxaq məşqçi deyil. Mənə görə, bunu ən azı vaxtı ilə “Keşlə”nin əvəzedici heyətində rəhbərliyi altında oynamış Cabir Əmirlini dünən start heyətində meydana buraxmaqla sübut etdi.

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31