24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

AFFA və yeniyetmə liqalarında yarışların başlayacağı tarixi açıqladı

Orta təhsil müəssisələrində əyani tədris prosesinin bərpası ilə bağlı Təhsil Nazirliyinin Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı təkliflər nəzərə alınaraq, AFFA-nın bayrağı altında keçirilən uşaq və yeniyetmə liqalarında yarışların oktyabr ayından etibarən start götürməsi planlaşdırılır.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, U-10, U-11, U-12, U-13 və U-14 liqalarının oktyabrın 3-də, U-15, U-16 və U-17 liqalarının isə oktyabrın 17-də başlanması nəzərdə tutulub.

Qeyd: Liqaların startı ilə əlaqədar yekun qərarların qəbul olunması zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın orta məktəblərdə əyani təhsillə bağlı qərarları nəzərə alınacaq.

Qeyd-2: Əvvəlki illərdə qeyd olunan liqalarda çıxış etmiş komandalar qeydiyyata alınmaq üçün sentyabrın 1-dən etibarən AFFA-nın Qeydiyyat və Statistika şöbəsinə, liqalara yeni qoşulmaq istəyən komandalar isə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinə müraciət edə bilər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30